Gürcüstanın Batumi şəhərində olan Azərbaycan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər. Gürcüstanın Batumi şəhərində olan Azərbaycan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.

Batumidəki azərbaycanlılar səs verdi

Gürcüstanın Batumi şəhərində olan Azərbaycan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.


AzNews.az-ın məlumatına görə, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla saat 08:00-da başlayıb.

Baş konsul Rəşad İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 53 saylı seçki məntəqəsi yaradılıb.

Hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. Lakin səsvermə ilə əlaqədar onların sayının daha çox olacağı gözlənilir.

Konsulluğun foyesindəki stenddə seçicilərin siyahısı asılıb. Seçki prosesi Azərbaycanın seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.

Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb. Baş konsul Rəşad İsmayılov səs verib.