Azərbaycan prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev nazirlə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AzNews.az-ın məlumatına görə, dövlət başçısı Belarus müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfərinin önəmini vurğulayıb.

Ölkələrimiz arasında hərbi əməkdaşlığın bir çox illərdir ki, uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev bu sahədə əlaqələrimizin razılıq doğurduğunu bildirib. Dövlət başçısı bunu Azərbaycanla Belarus arasında yüksək səviyyəli etimadın göstəricisi, ölkələrimizin iqtisadi, siyasi, hərbi və digər sahələrdə çoxplanlı əməkdaşlığa əsaslanmasının yaxşı təzahürü kimi dəyərləndirib.

Son illər Belarusdan alınan texnikanın çox yüksək standartlara cavab verdiyini deyən dövlət başçısı bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı da danışdıqlarını, azərbaycanlı mütəxəssislərin də bu texnikaların yüksək keyfiyyətindən və etibarlılığından razı qaldıqlarını qeyd edib. Prezident İlham Əliyev bütün bunları Belarusun hərbi-texniki sahədə əldə etdiyi böyük uğurların göstəricisi kimi dəyərləndirib. Ölkələrimiz arasında tarixən əlaqələrin mövcud olduğunu qeyd edən dövlət başçısı əməkdaşlığımızın gələcək inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq müdafiə sərgisində Belarus hərbi texnikasının nümayiş etdirilməsinin ölkəmizin bu sahədəki yeniliklərlə tanış olması və birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib. Belarus müdafiə nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyən dövlət başçısı səfərin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib.

Ölkəmizə səfərinin Azərbaycan üçün əhəmiyyətli bir günə təsadüf etdiyini vurğulayan A. Ravkov isə keçirilən referendumu mühüm hadisə kimi dəyərləndirib.