Azərbaycana səfərə gəlmiş ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Quba rayonunda olub. Azərbaycana səfərə gəlmiş ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Quba rayonunda olub.

Simon Vizental Mərkəzinin rəhbəri - Quba Soyqırımı Kompleksində

Azərbaycana səfərə gəlmiş ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Quba rayonunda olub.


Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqlara rayon haqqında məlumat verib.

Daha sonra ravvin Abraham Kuper Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbəyə gedib. O, qəsəbədə fəaliyyət göstərən iki sinaqoq və mədəniyyət mərkəzi ilə tanış olub, dini icmanın nümayəndələri ilə söhbət edib.

A. Kuper Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət edib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu müəyyən edilib. Ravvin Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb.

APA.az
image description image description image description image description image description