Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Yağan güclü yağışla bağlı FHN-dən açıqlama - 17 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.


AzNews.az xəbər verir ki, məlumatda bildirilir ki, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.