- Köhnə - Günün fotosu
- 29 Sentyabr 2016 02:05
- 8 435
Yevlaxda maraqlı toy - Video + Foto
Yevlaxda eşitmə və danışma imkanları məhdud olan iki gənc ailə qurub.
AzNews.az ARB Aran-a istinadən xəbər verir ki, əslən Salyan rayonundan olan Muxtarov Muxtar və Babayeva Leyla bir neçə ay bundan öncə tanış olublar.
Bəyin anası deyib ki, qızı bəyənərək oğluna məsləhət görüb:
"Qızı mən gördüm və bəyəndim. Sonra da oğluma məsləhət gördüm. Oğlumun da xoşu gəldi və izdivac da baş tutdu".
Bəyin atası isə hələ də baş verənləri təəccüblə qarşılayır:
"Danışmağa söz tapa bilmirəm. Çox həyəcanlıyam".