5, 3 və 1 qəpiklik sikkələrinin bəzi sahibkarlıq obyektlərində istifadəsi məhdudlaşdırılır. 5, 3 və 1 qəpiklik sikkələrinin bəzi sahibkarlıq obyektlərində istifadəsi məhdudlaşdırılır.

Xırda qəpik götürməyənlər cinayətə cəlb oluna bilərlər - Video

5, 3 və 1 qəpiklik sikkələrinin bəzi sahibkarlıq obyektlərində istifadəsi məhdudlaşdırılır.


Biri istifadə edə bilmirik deyir, digəri isə çox kiçik məbləğdir deyib 1, 3 və 5 qəpiklərlə ödənişi qəbul etmək istəmir. Belə hallara daha çox ictimai nəqliyyatda və ticarət obyektlərində rast gəlinir. Bunun qarşisini almaq üçün milli valyutaya hörmətsizlik edənlərin cinayət məsuliyyətinə cəlb olunmasi təklif edilir.

5, 3 və 1 qəpiklik sikkələrinin bəzi sahibkarlıq obyektlərində istifadəsi məhdudlaşdırılır. Halbuki, bu sikkələrin dövriyyədən çıxarılması ilə bağlı Mərkəzi Bankın, eləcə də digər maliyyə qurumlarının hansısa açıqlaması vəya qərarı yoxdur.

Millət vəkili Tahir Kərimli deyir ki, ölkənin milli valyutası ilə bu şəkildə davranmaq qanuna ziddir.

Millət vəkili bildirir ki, milli valyutaya hörmətsizliyin qarşısını almaq üçün vətəndaşların etirazı effektli rol oynamazsa və belə hallara yol verilməsi artarsa bu sahədə cəzalar sərtləşdirilməlidir.

Mövcuq qaydalara görə isə əgər hər hansı bir sahibkarlıq subyekti,belə sikkələri almaqdan imtina edərsə o zaman vətəndaş mərkəzi banka müraciət etməlidir...Eyni hal 2 dəfə təkarlanarsa o zaman Mərkəzi bank tərəfindən həmin obyektin bağlanması ilə bağlı məsələ qaldırıla bilər.

Xezerxeber.com