Xəbər verdiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. Hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək. Xəbər verdiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. Hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.

OPEC-in qərarından sonra neft kəskin bahalaşacaq? - Şərh

Xəbər verdiyimiz kimi, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib. Hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.


AzNews.az xəbər verir ki, iqtisadçı ekspert Vuqar Bayramov neft hasilatının dondurulmasına dair razılaşmanı şərh edib. O qeyd edib ki, OPEC-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: "Fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səduiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər".

Bəs bu anlaşma neft bazarına necə təsir göstərəcək?

V. Bayramov hesab edir ki, əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir: "OPEC mövcud hasilatı səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu, gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEC üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarına mesajdır. Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz OPEC-in bazara çıxartdığı neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılıb. OPEC bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir. Ən azından potensial qiymət azalmalarından sığortalamağa çalışır. Amma nə OPEC-də, nə də OPEC-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksəcələyinə inanların sayı çox deyil. Sadəcə indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEC üçün əsas hədəfdir".

Ekspertin fikrincə, qeyri-OPEC ölkələrinin də mövqeyi olduqca vacibdir: "Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEC-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEC ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEC-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır".

Vüqar Bayramov Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacib olduğunu vurğulayıb: "Gələcəkdə qiymət artımları baş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir".

Bahar RÜSTƏMLİ
AzNews.az