“Milli burjuaziya, biznes icması, orta təbəqə və istehlakçılar islahatların həyata keçirilməsində çoxdan maraqlıdır”. “Milli burjuaziya, biznes icması, orta təbəqə və istehlakçılar islahatların həyata keçirilməsində çoxdan maraqlıdır”.

“Oliqarx məmurlar onlara zərbə vurur” - İslahatlar haqda şərh

“Milli burjuaziya, biznes icması, orta təbəqə və istehlakçılar islahatların həyata keçirilməsində çoxdan maraqlıdır”.


Bunu AzNews.az-a iqtisadçı alim Qubad İbadoğlu bütün sahələr üzrə islahatların aparılacağıyla bağlı yayılan rəsmi xəbərlərə münasibət bildirərkən deyib. O, Azərbaycan iqtisadiyyatının islahatları çoxdan tələb etdiyini vurğulayıb: "Çünki islahatların gecikdirilməsi böhrandan əziyyət çəkən əhalinin qazanmalı olduğu gəlirlərin hələ də oliqarx məmurların sərəncamında qalmasına səbəb olur. Onlar inhisarda saxladıqları holdinqləri vasitəsilə ölkədə azad biznesin inkişafına ən çox zərbə vuran zümrədir".

Q. İbadoğlu qeyd edib ki, yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətlərinin təşəkkül tapması ilə Azərbaycanı böhrandan çıxarmaq olar: "Bunlara yalnız islahatlar vasitəsilə nail olmaq mümkündür. Bu islahatlar elə aparılmalıdır ki, davamlı olsun. Bunu həyata keçirməyə ilk növbədə müstəqil mövqe, siyasi iradə, mükəmməl və kompleks konseptual baza və islahatçı komanda lazımdır. Yalnız bu şərtlər daxilində islahatlar səmərə verə bilər. Əks təqdirdə yalnız fərman və sərəncamlarla islahat baş tutmayacaq".

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda referendumdan sonra üzə çıxan əsas istiqamətlərdən biri kimi bütün sahələr üzrə islahaları göstərib. O, Prezident İlham Əliyevin də dəfələrlə islahatlardan söz açdığını deyib: "Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni - bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin. Cənab Prezident dəfələrlə bu islahatlar haqqında danışıb. Dövlət başçısına, onun apardığı islahatlara növbəti etimad bu islahatların, bu dəyişikliklərin həyata keçirilməsinə təkan yaradır".

Bahar RÜSTƏMLİ
AzNews.az