Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan “Gənc Jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan “Gənc Jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirilib.

Gənc jurnalistlər üçün keçirilən layihə başa çatdı

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib elan olunan “Gənc Jurnalistlər arasında etik davranışların təbliği” layihəsinin bağlanış mərasimi keçirilib.


AzNews.az xəbər verir ki, layihənin bağlanış mərasimində gənclər, layihə iştirakçıları, media kapitanları və millət vəkili Qənirə Paşayeva iştirak edib.

3 ay ərzində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verən layihənin rəhbəri Əfsələddin Ağalarov layihədə 50-dən çox gəncin iştirak etdiyini qeyd edib: "3 ay ərzində layihəmizə müraciət edən gənclərlə görüşlər keçirdik. Onlarla birlikdə müxtəlif media orqanlarının iş fəaliyyəti ilə tanış olduq. Bundan başqa iştirakçılarımıza media kapitanları tərəfindən təlimlər də keçirildi. Son olaraq bir daha layihəmizə dəstək verən bütün jurnalistlərə, media orqanlarına təşəkkür edirəm".

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışından öncə gəncləri salamlayaraq, layihədə iştirak edən bütün iştirakçılara uğurlar arzu edib: "Bu cür layihələrin keçirilməsi Azərbaycanda peşəkar jurnalistlərin yetişdirilməsi üçün çox önəmli addımdır. Azərbaycan jurnalistikasının bu gün bir çox problemləri var ki, onları məhz sizlər həll etməlisiniz. Bu missiya sizinlərin üzərinə düşür. Mən də öz növbəmdə bütün iştirakçıları təbrik edir və sonda layihədə fərqlənən gənc jurnalistləri təbrik edirəm".

Tədbirdə layihə müddəti ərzində yaradılan "etikjurnalist.az" saytının təqdimat mərasimi də keçirilib. Saytın bundan sonra layihədə fərqlənmə diplomu alan 7 iştirakçı tərəfindən idarə olunacağı elan olunub. Saytda milli mətbuatımızın müxtəlif problemlərinə işıq tutan yazılar dərc ediləcək ki, bu da layihənin əsas məqsədlərindən biridir.

Sonda millət vəkili Qənirə Paşayeva və media kapitanları spesifik mövzularda araşdırma yazıları yazan 7 gənc jurnalistə sertifikatlarını təqdim ediblər.