Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib. Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib.

“Pirot kilimləri” Xalça Muzeyində sərgiləndi - Foto

Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirilib.


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni sərvəti olan xalça haqqında məlumat verib, ölkəmizdə xalçaçılığın qorunması və inkişafına böyük diqqət yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalça Muzeyi üçün yeni bina inşa olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin dekabrında ənənəvi Azərbaycan xalçaçılığı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Məlumat verilib ki, 2015-ci ilin aprelində Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumu imzalanıb. Bu gün açılan sərgi də həmin çərçivədə keçirilir.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, Memorandum çərçivəsində, həmçinin 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçası sərgisi keçiriləcək.

Belqrad Etnoqrafiya Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mircana Minkova Bakıya gətirilən kolleksiya – Pirot kilimləri haqqında məlumat verib. Qeyd edilib ki, Belqrad Etnoqrafiya Muzeyində 1792-1932-ci illərdə toxunan 169 kilim saxlanılır. Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII- XIX əsrlərdə kilim toxuculuğunun əsas mərkəzi olub.

M.Minkova rəhbərlik etdiyi muzeyin tarixi barədə də danışıb və sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Sərgi noyabrın 6-dək davam edəcək.

Azərtac
image description image description image description image description image description