Xalq artisti, bəstəkar Ramiz Zöhrabovun ailəsinə ağır itki üz verib. Xalq artisti, bəstəkar Ramiz Zöhrabovun ailəsinə ağır itki üz verib.

Xalq artistinin oğlu öldü – Yenilənib

Xalq artisti, bəstəkar Ramiz Zöhrabovun ailəsinə ağır itki üz verib.


AzNews.az xəbər verir ki, sənətkarın oğlu Rəşad Zöhrabov dünyasını dəyişib. Maşın qəzası keçirən Zöhrabov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsindən AzNews.az-a verilən məlumata görə, Ramiz Zöhrabov oğlunun ölümündən xəbərsizdir. "Ramiz müəllim xəstədir, ona bu sözü demək olmaz"-deyə bəstəkarın ikinci həyat yoldaşı bildirib.

Qeyd edək ki, Rəşad Zöhrabov AzTV-nin xəbərlər departamentinin rejissoru olub.

09:44
***


Xalq artisti Ramiz Zöhrabovun ailəsindən AzNews.az-a bildirdilər ki, bəstəkar bu gün oğlu Rəşad Zöhrabovun dəfn mərasimində iştirak edib.

Ailədən onu da əlavə etdilər ki, oktyabrın 23-də mərhumun Təzəpir məscidində 3 mərasimi keçiriləcək


Bahar RÜSTƏMLİ
AzNews.az