Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov AzNews.az-a müsahibə verib. Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov AzNews.az-a müsahibə verib.

Əməkdar məşqçi: “Mənim “passport”um yanımda dayanıb – Rekordumuzu qıran olmayıb”

Azərbaycan kikboks üzrə milli komandasının baş məşqçisi Çingiz Eyvazov AzNews.az-a müsahibə verib.


Əməkdar məşqçi idmançılarımızın hazırlıq durumundan danışıb.

- Bir məşqçi kimi idmançılarımızın nədə zəif olduğunu görürsünüz?

- Hazırki yığmada biz gənclərə üstünlük vermişik. 100 faizin 90 faizi cavanlardır. Amma onların içərisində çox güclü, perspektivli döyüşçülərimiz var. İdmançılarımıza ümidlərimiz böyükdür. Yəni bizdə zəif kikboksçu yoxdur. Çünki biz zəif döyüşçü aparmırıq. Bizim idmançılar həm Sloveniyada keçirilən WAKO versiyası üzrə Avropa çempionatına, həm də İtaliyadakı WKA üzrə dünya çempionatına qatılacaqlar.
Bu yarışlara bizimlə zəif uşaq gedə bilməz.

- Gündə neçə dəfə məşqləriniz olur?

- Başlayanda gündə iki dəfə məşq edirdik. Amma 10 günə yaxındır ki, gündə 1 dəfə məşq etdik.

- Bəs köhnə idmançılardan kimə şans verilib?

- Avropa çempionatına yollanan ümumi heyət 19 nəfərdən ibarətdir. Onlardan 2-si məşqçi, 1-i hakim qismində bizimlə yollanır.

Tanınmışlardan WAKO versiyası üzrə dünya çempionu Elşad Ələsgərov, Anar Məmmədov gənclər arasında dünya çempionudur. Dəfələrlə peşəkar yarışların qalibi Ramal Aslanov, dünya çempionu Çingiz Əhmədzadə, Peşəkarlar arasında döyüşlərin qalibi və Avropa çempionu Zöhrab Əzimov, vetreranlar arasında döyüşdə isə Sadıx Bağırov kimi idmançılara yer verilib.

Bundan əlavə dünya çempionatı da keçiriləcək, orada bizi tanınmış idmançılarımızadan Eduar Məmmədov təmsil edəcək.

- Nə yaxşı kikboks millisinin tərkibində legioner idmançılar yoxdur?

- Yoxdur, çünki bizim legionerə ehtiyacımız yoxdur.

- Bəs millidən əlavə sizin şəxsi tələbələrinizdən də bu yarışlara kimlər qatılacaq?

- Mənim "passport"um dayanıb yanımda (Eduard Məmmədovu işarə edir). Amma təkəbbürlük olmasın, dünya çempionlarımızın sayı hesabı yoxdur. Dəfələrlə dünya və Avropa çempionları yetişdirmişik. Amma yenə deyirəm təkəbbürlük olmasın WAKO-dan ən çox dünya və Avropa çempionunu biz yetişdirmişik. Rekordumuzu qıran olmayıb.

- Bəs qədriniz bilinirmi?

- Bəli, şükür Allaha, hörmət edirlər, qədrimizi bilirlər.

Aygün İlqarqızı