Şəmkirdə dəm qazından zəhərlənmə olub. Şəmkirdə dəm qazından zəhərlənmə olub.

Dəm qazı yenə can aldı - Şəmkirdə

Şəmkirdə dəm qazından zəhərlənmə olub.


Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

APA.az