İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İmişlidə qəza - Sürücü ağır yaralandı

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə gecə saatlarında rayonun Daş körpü deyilən ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 38 yaşlı İman Mirkərəm oğlu İbrahimov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Report.az