Avropa Birliyinin rəsmilərini daşıyan təyyarə qəzaya uğrayıb. Avropa Birliyinin rəsmilərini daşıyan təyyarə qəzaya uğrayıb.

Təyyarə qəzaya uğradı - 5 ölü (Yenilənib)

Avropa Birliyinin rəsmilərini daşıyan təyyarə qəzaya uğrayıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, səhər saatlarında Maltadan havaya qalxan təyyarə bir müddət sonra qəza keçirib. Qəzada ən azı 5 nəfərin vəfat ediyi, axtarış-xilasetmə tədbirlərinin hələ də davam etdiyi bildirilir.

11:45
***

Avropa Birliyinin Sərhəd Təhlükəsizliyi Agentliyi (Frontex) qəzaya uğrayan təyyarənin onlara məxsus olmadığını açıqlayıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə agentliyin rəsmi tvitter hesabında məlumat yerləşdirilib: "Maltada qəzaya uğrayan təyyarə Frentexdə istifadə olunmurdu".

Qeyd edək ki, qəza yerində xilasedicilər sağ qalanların axtarışını aparır.

Qəzaya uğrayan laynerin maksimal tutumunun 10 nəfər olduğu bildirilir.


Aydan AXUNDOVA