Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib. Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.

Ər arvadını döyərək öldürdü - Bakıda + Yenilənib

Bakıda ər arvadını döyərək ona ağır xəsarətlər yetirib.


Hadisə Xətai rayonu Yusif Səfərov küçəsi ev 15/5 ünvanında qeydə alınıb.

Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Report.az

12:35
***


Gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İlkin olaraq qadına açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub.Onun qulaqlarından qan gəlib və həkimlərin səyinə baxmayaraq döş qəfəsinə və beyninə qan sızan qadın vəfat edib.

İlkin araşdırmadan sonra 37 yaşlı qadının həyat yoldaşı, 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə tərəfindən küt alətlə vəhşicəsinə döyülməsi müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

Bakıda həyat yoldaşını döyə-döyə öldürən şəxsi yaxalamaq hələlik mümkün olmayıb. Yusif Səfərov küçəsindəki evində həyat yoldaşı, 37 yaşlı Hüseynova Dilarə Fəxrəddin qızını taxta ilə döyərək vəhşicəsinə qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu hadisə yerindən uzaqlaşıb. Hazırda onun yaxalanması istiqamətində iş aparılır.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Lent.az