Xalq artisti Nisə Qasımova əsəbləşib. Buna səbəb isə, müğənni Zemfira İbrahimova və Eldəniz Məmmədovun tədbirlərin birində ona salam verməməsidir. Xalq artisti Nisə Qasımova əsəbləşib. Buna səbəb isə, müğənni Zemfira İbrahimova və Eldəniz Məmmədovun tədbirlərin birində ona salam verməməsidir.

Xalq artisti əsəbləşdi

Xalq artisti Nisə Qasımova əsəbləşib. Buna səbəb isə, müğənni Zemfira İbrahimova və Eldəniz Məmmədovun tədbirlərin birində ona salam verməməsidir.


Bununla bağlı ATV.az-a açıqlama verən Zemfira İbrahimova bildirib ki, Nisə Qasımova Azərbaycan musiqisində elə bir iz qoyub ki, ona salam verməmək ayıbdır: "Nisə Qasımovanı görəndə nəinki salam vermək, mən onun əllərindən öpürəm. Toyların birində Nisə Qasımova zala daxil oldu. Nisə xanımın yanında adam o qədər çox idi ki, kənardan salam verdim. Heç vaxt ola bilməz ki, mən Nisə Qasımovanı görüm, salam verməyəm. Mən də, ailəm də onu çox sevirik".

Eldəniz Məmmədov da deyilənlərlə bağlı Milli.az-a öz mövqeyini bildirib: "Nisə Qasımovanı görməmişəm. Nisə xanımı harada görmüşəmsə, görüşmüşəm. Hər zaman mənə dəstək olub. Böyük sənətkarımızdır. Nisə Qasımovanı həmin tədbirdə görməmişəm, ola bilməz ki, salam verməyim. Mən elə tərbiyə almamışam ki, özümdən böyüyə salam verməyim".