Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib. Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.

Serbiya və Macarıstan liderləri Əliyevi təbrik etdilər

Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə təbrik edib.


AzNews.az xəbər verir ki, T. Nikoliçin məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizə Serbiya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin çiçəklənməsi naminə ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Cənab Prezident, ötən 25 il ərzində ölkənin yenidən qurulması və iqtisadi potensialının möhkəmlənməsi, həmçinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində verdiyiniz olduqca böyük töhfə sayəsində çox əhəmiyyətli nəticələr əldə edilib.

Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı münasibətlər yüksək səviyyədədir və daim inkişaf edir. Xalqlarımız arasındakı qarşılıqlı anlaşma, hörmət və həqiqi dostluq əlaqələri ölkələrimizin strateji münasibətlərinin və əməkdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Əminəm ki, Belqraddakı növbəti görüş iki ölkə arasındakı qarşılıqlı anlaşmanın bütün sahələrində mövcud olan əlaqələrin və əməkdaşlığın gələcək inkişafına güclü təkan verəcək.

Həmçinin fürsətdən istifadə edərək dost Azərbaycan xalqına və şəxsən Sizə, cənab Prezident, Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə göstərdiyiniz prinsipial dəstəyə və Serbiyanın cənub vilayəti – Kosovo və Metoxiyanın birtərəfli qaydada elan etdiyi müstəqilliyin tanınmaması ilə bağlı göstərmiş olduğunuz ardıcıl mövqeyə görə təşəkkürümü bildirmək istərdim. Zati-aliləri, möhkəm cansağlığı və xoşbəxtlik, işlərinizdə uğur diləklərimlə birlikdə, Sizə bir daha dərin ehtiramımı çatdırıram".

İ. Əliyevi həmçinin Macarıstanın baş naziri Viktor Orban təbrik edib: "Hörmətli cənab Prezident, icazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə təbriklərimi çatdırım. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iyirmi beş il ərzində Sizin ölkə əhəmiyyətli sosial və iqtisadi dəyişikliklərlə üzləşib. Azərbaycan bu dəyişikliklər nəticəsində əldə etdiyi nailiyyətləri ilə haqlı olaraq Cənubi Qafqaz regionunda aparıcı ölkə kimi tanınır. Mən məmnuniyyətlə bildirirəm ki, bizim ikitərəfli münasibətlərimiz təkcə dostluq xüsusiyyətləri ilə xarakterizə olunmur, həmçinin strateji səviyyədə inkişaf edib. Hörmətli cənab Prezident, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayım".