Hollandiyanın məşhur caz ifaçısı Debora Karter və kvinteti Bakıda konsert proqramı ilə çıxış edib. Hollandiyanın məşhur caz ifaçısı Debora Karter və kvinteti Bakıda konsert proqramı ilə çıxış edib.

Tanınmış caz ifaçısı Bakıda konsert verdi

Hollandiyanın məşhur caz ifaçısı Debora Karter və kvinteti Bakıda konsert proqramı ilə çıxış edib.


Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda təşkil edilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb.

Möhtəşəm ifa nümayiş etdirən D.Karter konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim etməklə yanaşı, musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib.

İfaçı təqdim etdiyi caz nömrələri ilə müxtəlif janrların sintezi təsiri bağışladığı universal musiqi üslubunu mükəmməl şəkildə nümayiş etdirib. Bir sıra hit caz nömrələrinin səsləndirildiyi konsert paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dinamik səhnə xarakteri ilə məşhur olan D.Karter ABŞ-da dünyaya göz açsa da, Havay və Yaponiyada yaşayıb. O, müxtəlif caz festivallarında çıxış edib, ustad dərsləri keçib. Dünya mətbuatında onun sənət fəaliyyəti ilə bağlı bir sıra məqalələr dərc olunub.

Azərtac