Ev telefonunun aylıq ödənişinin gecikdirilməsi bir nəfərin başına iş açıb. 3 aydan sonra nömrəsi bir başqasına satılıb. Bəs görəsən qanun bu yerdə nə deyir? Nömrə şəxsə xəbərdarlıq edilmədən satıla bilərmi? Ev telefonunun aylıq ödənişinin gecikdirilməsi bir nəfərin başına iş açıb. 3 aydan sonra nömrəsi bir başqasına satılıb. Bəs görəsən qanun bu yerdə nə deyir? Nömrə şəxsə xəbərdarlıq edilmədən satıla bilərmi?

Nömrə şəxsə xəbərdarlıq edilmədən satıla bilərmi?

Ev telefonunun aylıq ödənişinin gecikdirilməsi bir nəfərin başına iş açıb. 3 aydan sonra nömrəsi bir başqasına satılıb. Bəs görəsən qanun bu yerdə nə deyir? Nömrə şəxsə xəbərdarlıq edilmədən satıla bilərmi?


AzNews.az Xəzərxəbər.com-a istinadən xəbər verir ki, Rühəngiz Hüseynova adlı bir vətəndaş 3 il əvvəl stasionar telefon çəkdirib. Ancaq bir ay əvvəl ev telefonu nömrəsinin başqa birinə satıldığındığını öyrənib.

Telefon həm abunə, həm də danışıq borcuna görə bağlanılıb. O, Suraxanı Telefon Qovşağına müraciət etdikdən sonra nömrənin başqa birinə satıldığını öyrənib. Xətt kəsildiyindən ailə internetdən də istifadə edə bilmir.

Telefon qovşağından Rühəngiz Hüseynova bildirilib ki, 32 manat ödəməklə yeni nömrə ala bilər.

Qadın 250 manat verməklə evinə telefon çəkdirdiyini deyir. Yenidən xərcə düşmək istəmədiyini söyləyir. Xəbərdarlıq edilmədən nömrənin başqa birinə satılmasını qanunsuz addım kimi dəyərləndirir. Bəs görəsən qanun bu yerdə nə deyir?

Heydər Cəfərovun sözlərinə görə şəxs, vəziyyətdən xəbərdar olduqda dərhal telefon qovşağına müraciət etməlidir. Nömrə başqa birinin adına qeydiyyata alınmadığı təqdirdə onu geri qaytarmaq mümkündür. Əks halda isə qanun telefon qovşaqlarının xeyrinədir.