Müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kim olmasıyla bağlı müxtəlif məlumatlar yayılıb. Müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kim olmasıyla bağlı müxtəlif məlumatlar yayılıb.

Şəbnəm Tovuzlu məhkəməyə müraciət etdi - “İstəyirəm həmin şəxs onun dərsini versin”

Müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kim olmasıyla bağlı müxtəlif məlumatlar yayılıb.


AzNews.az criminal.az-a istinadən xəbər verir ki, Ş.Tovuzlunun həyat yoldaşı Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdur.

Müğənni Şəbnəm Tovuzlu AzNews.az-a açıqlamasında ədliyyə polkovniki Eyvaz Əsgərovu tanımadığını və məsələni məhkəmə yolu ilə həll edəcəyini dedi: "Bu məlumat acığa yazılıb. Mən o şəxsin adını belə eşitməmişəm. Evimdə, ailəmdə, sakit həyatımı yaşayıram. Deyirəm, nə yaman maraqlı gəldim? Bu boyda müğənnilər var, niyə onlardan yazmırlar? Heç olmasa Allahdan qorxun. O jurnalistin dərsini verəcəklər. Mən də məhkəməyə verdim. Çox istəyirəm ki, adımın hallandığı həmin şəxs onun dərsini versin. Bu jurnalistlər çox baş qaldırıb, bunlardan birinin başını əzmək lazımdır. Əgər onlardan birinin başı əzilsə sakitləşəcəklər. Adıma yazmadıqları adam qalmadı. Mən dinmirdim, amma məcburam".

Ş.Tovuzlu hazırda həyat yoldaşının Moskvada olduğunu deyib: "Oradan eşidib. Əgər o burda olsaydı onu yazanın başını əzərdi. Onun dərsini verəcəklər. Onu bu məhərrəmlik gününə tapşırmışam. Nədir, Şəbnəm-Şəbnəm düşüblər üstümə, bu boyda Azərbaycanın problemi yoxdur yazmağa? Mən istəyirəm ki, adımla yanaşı çəkilən şəxs də bunu yazanı məhkəməyə verib, onu cəzalandırsın".

Bahar RÜSTƏMLİ
AzNews.az