Bir müddət öncə Azərbaycan Voleybol Federasiyasının rəhbər postuna təyin edilən Cavid Qurbanov qurumda yeni islahatlara başlayıb. Bir müddət öncə Azərbaycan Voleybol Federasiyasının rəhbər postuna təyin edilən Cavid Qurbanov qurumda yeni islahatlara başlayıb.

Cavid Qurbanovdan 2 vitse-prezident - Təyinatı

Bir müddət öncə Azərbaycan Voleybol Federasiyasının rəhbər postuna təyin edilən Cavid Qurbanov qurumda yeni islahatlara başlayıb.


AzNews.az-ın Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimovadan aldığı məlumata görə, yeni rəhbər bəzi postlarda dəyişikliklər edib. Belə ki, bu günə qədər 3 vitse-prezidentlə fəaliyyət göstərən qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək.

Federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev öz postlarında çalışmağa davam edəcəklər. Bununla yanaşı yeni təyinat alan Elşən Əfəndiyev və Rəşad Abbasov da qurumda vitse-prezident postunda çalışacaqlar.

Yeni vitse-prezidentlərə əlavə olaraq iki klubda rəhbər postları da verilib. Belə ki, Elşən Əfəndiyev "Azərreyl"in, Rəşad Abbasov isə "Lokomotiv"in yeni prezidenti təyin olunublar.

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi də start götürüb. Buraya AFFA və "Neftçi" futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

Qeyd edək ki, Elşən Əfəndiyev "Azərreyl"də Hicran Vahabovu əvəzləyib. Yeni "Lokomativ" isə ötən ilki "Gənclik" klubudur və fəaliyyətini dayandıran əsil "Lokomativ"in yerinə fəaliyyət göstərir. Ancaq bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.

Aygün