BP Azərbaycan şirkəti virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim edib. BP Azərbaycan şirkəti virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim edib.

BP Vaqif Mustafazadəyə həsr olunmuş sənədli film təqdim etdi

BP Azərbaycan şirkəti virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim edib.


AzNews.az xəbər verir ki, BP-nin "Mənim tanıdığım Vaqif" filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir.

Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub: "Bu vaxtadək biz Azərbaycan mədəniyyətinin inkişafına, habelə onun möhtəşəm mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihələrin təşəbbüskarı olmuş və onları həyata keçirmişik.
Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Bizə yaxşı məlumdur ki, bu qeyri-adi istedada malik görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb və Bakıda onun musiqisi əfsanə hesab edilir. O, şərq və qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb. Ümid edirik ki, bu film Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilmiş qiymətə töhfə olacaq."

Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Azərbaycanın BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli filmin premyerası Nizami Kino Mərkəzində keçirilib.