Çəki, insanın istər sağlamlığı, istər gözəlliyi baxımından çox önəmlidir. Normadan çox olan çəki piylənmə təhlükəsindən xəbər verir. Piylənməni müəyyənləşdirmək üçün ən etibarlı göstərici bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 25-dən yuxarı olan hər kəs düzgün arıqlama proqramına başlamalıdır. Çəki, insanın istər sağlamlığı, istər gözəlliyi baxımından çox önəmlidir. Normadan çox olan çəki piylənmə təhlükəsindən xəbər verir. Piylənməni müəyyənləşdirmək üçün ən etibarlı göstərici bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 25-dən yuxarı olan hər kəs düzgün arıqlama proqramına başlamalıdır.

Pəhrizdəsiniz? – O zaman bunları mütləq bilməlisiniz

Çəki, insanın istər sağlamlığı, istər gözəlliyi baxımından çox önəmlidir. Normadan çox olan çəki piylənmə təhlükəsindən xəbər verir. Piylənməni müəyyənləşdirmək üçün ən etibarlı göstərici bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 25-dən yuxarı olan hər kəs düzgün arıqlama proqramına başlamalıdır.


Düzgün arıqlamağın ilk şərti



Düzgün arıqlama proqramı barədə ötən yazımda daha ətraflı yazmışam. Orada qeyd etdiyim kimi, düzgün arıqlamaq üçün ilk addım qidadır. Lakin diyetanı idman və özünəqulluqla dəstəkləmək mütləqdir. (həmin yazı ilə BURADAN tanış ola bilərsiniz).

Qida rasionunuzla bağlı özünüz də düzgün qərar verə bilərsiniz. Sevdiyiniz qidaların əksini tapdığı bir diyeta proqramı ilə uğurlu nəticə əldə etmək olar. Lakin hər işdə olduğu kimi, bu məsələdə də bir mütəxəssis fikri yaxşı olardı.

Öncə dietoloq, sonra…



Mütəxssisin kimliyi çox önəmlidir. Arıqlamaq istəyən biri mütəxəssisi harada axtarmalıdır?

Təbii ki, dietoloq qəbulundan başlamaq ən doğru variantdır. Lakin xüsusi ehtiyac olarsa, diyetoloq sizi endikrinoloqa yönləndirəcək. Biz bir gözəllik mərkəzi olaraq müraciət edənləri məhz dietoloqa yönləndiririk.

Qeyd etməliyəm ki, hazırda Azərbaycanda diyetoloq-endikrinoloqların da sayı kifayət qədərdir. Odur ki, bir mütəxəssisə müraciət edib lazım olan müayinələrdən keçmək, eyni zamanda özünüzə uyğun arıqlama proqramı əldə etmək çətin deyil.

Hansı pəhrizə əməl edəcəyinizə bir mütəxəssislə birgə qərar verməyin öz üstünlükləri var. Başlıcası odur ki, bu sahənin mütəxəssisləri qida rasionunu müəyyənləşdirərkən kor-koranə davranmır, orqanizminizin xəstəliklərini, çatışmazlıqlarını müəyyənləşdirirlər. Axı hər hansı daxili problemdən qaynaqlanan piylənmənin qarşısını, səbəbi aradan qaldırılmadan almaq mümkün deyil. Hətta bu problemlərlə arıqlamaq orqanizmə ağır zərbə vurmaq deməkdir.

Düzgün arıqlama sağlam qidalanmadan başlayır



Qadınlar müxtəlif yollarla diyeta proqramları əldə edir və onları düşünmədən öz üzərində tətbiq edirlər. Diyeta düzgün olmayanda maddələr mübadiləsi pozulur.

Diyetoloqlar və onların tərtib etdiyi proqramlar, özü qərar verə bilməyənlər üçün xüsusilə vacibdir. Nə yeyəcəyini, nə vaxt yeməli olduğunu müəyyənləşdirə bilməyənlər məhz diyetoloqun diqtəsinə ehtiyac duyurlar. Diyetoloqlar proqram tərtib edərkən nəinki xoşunuza gələn meyvə və yeməklərə, həm də səhhətinizə ziyan vurmayacaq qidalara üstünlük verirlər.

Unutmayın ki, hər pəhrizdə ət , süd, meyvə, tərəvəz və çörək olmalıdır. Az karbohidratlı qidalara üstünlük vermək, şirniyyatlardan, ağ çörəkdən imtina etmək lazımdır. Kartof, banan kimi kalorili qidalar azaldılmalı, lifli qidalar artırılmalıdır.

Diyetada ən önəmli məsələlərdən biri yeməyin vaxtı və miqdarıdır. Yəni səhər və günorta yeməyi qüvvəli və zəngin, axşam yeməyi yüngül olmalıdır. Bədənin kalsium ehtiyacının ödənməsi üçün qida rasionunda süd, yoqurt, pendir mütləqdir.Çay və qəhvə yerinə hər gün 8-10 stəkan su içilməlidir.

Ən çox yol verilən yanlışlar



Qida rasionu tərtib edilərkən hərtərəflilik təmin edilməlidir. Tutaq ki, sadəcə mineral su içmək, qarpız və ya qreypfrut yeməklə arıqlamaq doğru deyil. Bəlkə nəticədə sürətlə çəki itirərsiniz , lakin bu, nəinki sağlıq problemlərinə yol açar, hətta sonradan kilolarınız artıqlaması ilə qayıdar. Unutmayın, həddən artıq kalorisiz bir diyet, məsələn, gün ərzində 800 kalorinin altındakı pəhriz ürəkdə ritm dəyişikliyi, qanda potasium əksikliyi, halsızlıq, saç tökülməsi, menstruasiya pozulması kimi problemlərə yol açır. Bir sözlə, yadınızda saxlayın ki, pəhrizin məqsədi ac qalamq deyil, düzgün qidalanmaq və idmanla kalori itirməkdir.

Nazənin Axundova - "Sultan Saba" Sağlamlıq mərkəzinin rəhbəri
Xüsusi olaraq AzNews.az üçün