Bakıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Ümumrespublika elmi-praktiki konfransı keçirilir. Bakıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Ümumrespublika elmi-praktiki konfransı keçirilir.

“Torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilir - Bakıda

Bakıda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda Ümumrespublika elmi-praktiki konfransı keçirilir.


Konfransın plenar iclasını giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Baş direktoru professor Rəsul Balayev konfrans iştirakçılarını salamlayaraq, 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilmiş nailiyyətlər, bu sahədə görülmüş və görüləcək işlər haqqında ətraflı məlumat verib.

Sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzəarəti Xidmətinin rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri İsa Alıyev, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar ETİ-nun direktoru Vilayət Vəliyev, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun direktoru Sadıq Salahov, Əkinçilik Elmi -Tədqiqat institutunun direktoru Cavanşir Təlai, Tərəvəzçilik Elmi -Tədqiqat institutunun direktoru Ələddin Eyvazov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutunun direktoru Tariyel Pənahov, Baytarlıq Elmi-Tədqiqat institutunun direktoru Tamilla Əliyeva, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşı Əyyub Qəhramanov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Sifariz Səbzəliyev , Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun elmi katibi Akif Vəliyev torpaq münasibətlərinin inkişafına dair aktual mövzularda çıxış ediblər.

Konfrans öz işini bölmələrdə davam etdirir.