Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb. Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.

74 yaşlı qadını avtomobil vurdu

Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.


Metronun Nizami stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Report.az