Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Sabahın hava proqnozu - Duman, yağış...

Bakıda və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.