Xəbər verdiyimiz kimi, bütün dünyada populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən ) maddələr aşkarlanıb. Xəbər verdiyimiz kimi, bütün dünyada populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən ) maddələr aşkarlanıb.

“Pampers”lər haqda şok iddialarla bağlı açıqlama - “Sübuta yetirilməlidir”

Xəbər verdiyimiz kimi, bütün dünyada populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən ) maddələr aşkarlanıb.


Bu barədə "The Local" nəşrində məlumat verilib. "Asef" assosiasiyasının mütəxəssisləri bildirib ki, uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur.

Alimlər həmin kanserogen birləşmələrin körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olduğunu da açıqlayıb.

Tibb eksperti, professor Aqil Qeybulla məsələ ilə bağlı AzNews.az-a açıqlamasında bildirib ki, uşaq bezləri çirkləndirici maddələr siyahısındadır: "Bu, əslində ciddi bir ittihamdır. Birincisi, uşaq bezləri torpaqda çürümür, uzun müddət qalır. Dünyanın harasına baxsan, okeanda, suda çirkləndirici maddə hər yeri bürüyüb.

İkinci problem isə uşaq bezləri istehsal edən şirkətlər arasında ciddi rəqabətin olmasıdır".


A.Qeybulla hesab edir ki, "Pampers"in xərçəng xəstəliyi yaratmasını iddia edən şəxslər bunu sübut etməlidir: "Uşaq bezləri bütün dünyanda istifadə olunan məhsuldur. Ona görə də onun tərkibində konserogen maddələrin olması, yəni xərçəng xəstəliyi yaratmasını elan eləmək həmin şirkətə qarşı ciddi bir ittihamdır. Əgər bu varsa, ittiham şəklində qaldırılmalı və sübuta yetirilməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az