- Köhnə - Dünya
- 27 Oktyabr 2016 13:54
- 4 210
“Onu bağışla” - Qardaşından Obamaya müraciət
ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama qardaşını “WikiLeaks”in yaradıcısı Culian Assanjı bağışlamağa çağırıb.
AzNews.az xəbər verir ki, Malik Obama bu barədə tvitter hesabında yazıb: "Qardaş, xahiş edirəm Culian Assanjı bağışla. O, sadəcə yazışmanı dərc edib".
Xatırladaq ki, "WikiLeaks"in yaradıcısı saytda minlərlə məxfi məlumat dərc etməkdə və kəşfiyyatda ittiham olunur. Hazırda o, Ekvadorun Londondakı səfirliyindədir. Burada Assanja sığınacaq verilib.
Aydan