Aparıcı, aktyor Sərxan Kərəmoğlu Azərbaycanı tərk edib. Aparıcı, aktyor Sərxan Kərəmoğlu Azərbaycanı tərk edib.

Sərxan Azərbaycandan getdi - “Qeybətlərdən, söz-söhbətlərdən...”

Aparıcı, aktyor Sərxan Kərəmoğlu Azərbaycanı tərk edib.


AzNews.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.

"Bakını tərk etmək məcburiyyətində qaldım. Axı niyə? Niyələr çoxdur. Əziz dostlarım və media həmkarlarım, Bakıda qalırsan bir, çıxırsan başqa bir problem. Səhhətimdəki problemi həll etmək və yeni layihələrə beynimi yeniləmək üçün bir neçə ay zamana ehtiyacım var. Allaha əmanət olun, bir-birinizin qiymətini bilin. Sonra çox gec olacaq, həm də çox... Allah bizə və sizə yardımçı olsun. Sizləri sevirəm, bunu şablon olaraq yazmıram. Bakı, sənsiz darıxacam, qeybətlərdən, söz-söhbətlərdən, ayaqaltı qazmalardan... Ən az sənin kökün üçün darıxacam", - deyə aparıcı qeyd edib.

Bahar RÜSTƏMLİ