Azəbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) tələbənin yıxılaraq xəsarət alması olayına münasibət bildirilib. Azəbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) tələbənin yıxılaraq xəsarət alması olayına münasibət bildirilib.

Universitetdən yıxılaraq xəsarət alan tələbəylə bağlı - Açıqlama

Azəbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) tələbənin yıxılaraq xəsarət alması olayına münasibət bildirilib.


Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mansur İbrahimov AzNews.az-a açıqlamasında bildirib ki, Mustafayeva Tahirə Nazim qızının təhsil müəsisəsində pilləkəndən yıxıldığıyla bağlı məlumat reallığı əks etdirmir: "İbtidai-təhsil fakültəsinin 3-cü kurs 309-cu qrup tələbəsi adutoriyada yıxılıb. Dərhal təcili-tibbi yardım çağırılaraq tələbə xəstəxanaya göndərilib. Müvafiq tibbi arayış alıb və 10 gün ev şəraitində müalicə olunması məsləhət bilinib".

Qeyd edək ki, mətbuatda 1996-cı il təvəllüdlü Mustafayeva Tahirə Nazim qızının təhsil müəsisəsində pilləkənlərlə yuxarı qalxarkən ayağı sürüşdüyü və yıxıldığı bildirilib. Nəticədə T.Mustafayeva kəllə-beyin travması alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyəti stabil olaraq ağırdır.

Bahar RÜSTƏMLİ
AzNews.az