Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda təbii qazın qiymətinin bahalaşacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda təbii qazın qiymətinin bahalaşacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Qazın qiyməti qalxacaq? - Rəsmi açıqlama

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda təbii qazın qiymətinin bahalaşacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb.


Xüsusən, müxalifət mətbuatı insanları təşvişə salaraq qiymət artımının 30-50 faiz olacağını bəyan edib.

AzVision.az bu iddialarla bağlı Tarif (qiymət) Şurasının rəsmi mövqeyin öyrənib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev saytımıza açıqlamasında bildirib ki, hazırda Tarif (qiymət) Şurasında təbii qazın qiymətinin artırılması ilə bağlı məsələ müzakirə edilmir.

A.Əliyevin sözlərinə görə, Tarif Şurasına təbii qazın tariflərinin dəyişdirilməsi barədə hansısa müraciət daxil olmayıb.

AzNews.az