“Fuad Poladovun bu addımını qətiyyən dəstəkləmirəm”. “Fuad Poladovun bu addımını qətiyyən dəstəkləmirəm”.

Məsləkdaşları Poladovun teatrdan gedişi haqda nə düşünür? - Sorğu

“Fuad Poladovun bu addımını qətiyyən dəstəkləmirəm”.


AzNews.az xəbər verir ki, bu fikirləri YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömər F. Poladovun teatrdan getməsinə münasibət bildirərkən deyib. Rejissorun fikrincə, aktyor daha müdrik addım ata bilərdi:



"Fuad müəllimə sevgimiz böyükdür. Məncə daha müdrik addım ata bilərdi. Fuad müəllim cəngavər kimi meydana atılmalıdır".

Xalq artisti Ramiz Məlik Fuad Poladovun gedişinə təəssüfləndiyini deyib:



"Çox təəssüf. Bu, Fuad dostumun öz seçimidir. Heç kəsin qarışmağa ixtiyarı yoxdur".

Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov Fuad Poladovun qərarına hörmətlə yanaşdığını vurğulayıb:



"Fuad Poladov Azərbaycandan getmir ki... Teatrdan nəyəsə görə uzaqlaşır. Səbəbini bilmirəm. Düşünürəm ki, Fuad Poladov lazım olan anlarda teatra köməkliyini əsirgəməz".

Qeyd edək ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından ayrılıb. Sənətkar bu addımını Akademik Milli Dram Teatrından işdən qovulan Hikmət Rəhimova qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq attdığını deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az