Xalq artisti Fuad Poladovun teatrdan getməsi Akademik Milli Dram Teatrı ilə YUĞ teatrının arasındakı düşmənçiliyi bir az da böyüdüb. Xalq artisti Fuad Poladovun teatrdan getməsi Akademik Milli Dram Teatrı ilə YUĞ teatrının arasındakı düşmənçiliyi bir az da böyüdüb.

“Sən otur yerində!” - “Azdrama” ilə YUĞ-çular arasında növbəti qalmaqal

Xalq artisti Fuad Poladovun teatrdan getməsi Akademik Milli Dram Teatrı ilə YUĞ teatrının arasındakı düşmənçiliyi bir az da böyüdüb.


AzNews.az xəbər verir ki, YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin F.Poladovun müdafiəsinə qalxması Xalq artisti Ramiz Məliki özündən çıxardıb.

O, rejissora bu davanın bünövrəsinin elə YUĞ-çular tərəfindən qoyduğunu bildirib: "YUĞ-çu, otur yerində, sənin Fuad haqqında fikir söyləməyə nə qabiliyyətin çatır, nə biliyin, nə də "sənət"in. Milli Dram Teatrı Fuadın teatrıdır. Vaxtilə milli teatrda suyu bulandıran siz YUĞ-çular olub. İndi Allaha şükür teatr sizlərdən təmizlənib".

Qeyd edək ki, YUĞ Dövlət Teatrının baş rejissoru Gümrah Ömər F. Poladovun teatrdan getməsini dəstəkləmədiyini bildirib.

Bahar