Bu gün Bakı metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəzadan 21 il ötür. Bu gün Bakı metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəzadan 21 il ötür.

Dünya metropoliteninin ən böyük faciəsindən - 21 il ötür (Video)

Bu gün Bakı metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəzadan 21 il ötür.


AzNews.az xəbər verir ki, 1995-ci il oktyabrın 28-də baş verən faciəvi hadisə bütün dünya metropolitenlərinin tarixində insan ölümünə görə ən böyüyü kimi yaddaşlara yazılıb.

Həmin gün vaqonlardan birinin mühərriki alışıb. Maşınist digər stansiyaya çatmasına cəmi 200 metr qalmasına baxmayaraq yalnış qərar verərək qatarı tunelin ortasında saxlayıb. Bu zaman tüstü vaqonlara dolub. Hadisə şahidlərindən biri həmin gün baş verənləri belə xatırlayır: "Qatar tunelə daxil olan kimi alışma gördüm. Daha sonra yanğın vaqonu bürüdü. İnsanlar vaqondan çıxa bilmək üçün şüşələri qırmağa başladılar. Biz boğulmağa başlamışdıq".

Tuneldə ventilyasiyanın zəif olması və işıqların sönməsi ucbatından bir çox sərnişinlər boğulmuş və ya təlaş içərisinə əzilərək ölüblər. Əksər insanlar sınan şüşələrdən kəsik yaraları alıb.

İnsanların bir qismi qatarda, 40 nəfərin meyiti isə tuneldə tapılıb. Bir neçə insan kommunikasiya xətlərindən tutaraq qatarın üzərindən keçməyə çalışarkən cərəyan vurmasından ölüblər.

Rəsmi məlumatlara əsasən, həmin gün 289 nəfər vəfat edib, 270 nəfər yaralanıb. Ölənlərdən 28-i uşaq olmaqla 286 sərnişin və 3 nəfər xilasedici olub.

Aydan AXUNDOVA