“M.Teatr-Mənim Teatrım” daha bir tamaşasını təqdim edəcək. “M.Teatr-Mənim Teatrım” daha bir tamaşasını təqdim edəcək.

“Maraqlı fiqur və ya siçan qadın” - Premyera olacaq

“M.Teatr-Mənim Teatrım” daha bir tamaşasını təqdim edəcək.


Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri, Əməkdar artist Vidadi Həsənov məlumat verib.

V.Həsənov qeyd edib ki, oktyabrın 30-da saat 19:00-da Abdulla Şaiq Adına Kukla Teatrında baş tutacaq əsər özəl olaraq hazırlanıb: "Bu teatr yeni yaranıb, həm də özəl bir teatrdır. Teatr bu dəfə Frans Kafkanın "Çevrilmə" povesti və gənc azərbaycanlı yazar Pərviz Seyidlinin eyni adlı hekayə əsasında hazırlanmış "Maraqlı fiqur və ya siçan qadın" tamaşasını təqdim edəcək".

Tamaçanın quruluşçu rejissoru V.Həsənovdur. "Maraqlı fiqur və ya siçan qadın" tamaşasında YUĞ teatrının aktrisası Zümrüd Qasımova çıxış edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az