Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs ediləcəklər. Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs ediləcəklər.

Dini cərəyana qoşulmağa məcbur edənlər həbs ediləcək - 5 il

Azərbaycanda dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə məcbur edən şəxslər 5 ilədək müddətə həbs ediləcəklər.


Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslərin 7000 manatdan 9000 manata qədər cərimələnməsi və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Dəyişiklik layihəsi Milli Məclisdə səsə qoyularaq qəbul edilib.

AzNews.az