Lotoreyanın səmərəsizliyini sübut etməyə çalışan amerikalı qadın milyoner olub. Lotoreyanın səmərəsizliyini sübut etməyə çalışan amerikalı qadın milyoner olub.

Ərinin istəmədiyi bileti aldı - Milyoner oldu

Lotoreyanın səmərəsizliyini sübut etməyə çalışan amerikalı qadın milyoner olub.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Karolinada yaşayan 47 yaşlı Glenda Blakvell lotoreyada qalib olub. Məlumata görə, həyat yoldaşı Baddi mağazaya gedən Glendadan lotoreya almağı xahiş edib. Lotoreyanın səmərəsiz olduğunu sübut etməyə çalışan qadın ərinin xahiş etdiyi "Powerball" bileti əvəzinə elə həmin gecə oynanan ani bilet alıb. Lakin bu bilet Glendaya 1 milyon dollar qazandırıb. Bütün vergi tutmalarından sonra qadına 415,5 min dollar ödənilib.

Glenda bu məbləğlə ev tikmək, böyük qızına maliyyə yardımı göstərmək və nəvələrinə kollec üçün kənara vəsait qoymağı planlaşdırır.

Aydan