Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Ər arvadını və baldızını bıçaqladı - Bakıda

Bakıda bıçaqlanma hadisəsi baş verib.


APA-nın məlumatına görə, hadisə bu gün Sabunçu rayonu, E. Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən O. Təhməzov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az