Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub.

“Nazirin xanımı” Akademik Milli Dram Teatrında

Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub.


Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.

Bu, satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.

Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

AzNews.az