Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri Rəfael Fazilovun intiharının bəzi təfərrüatları məlum olub. Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri Rəfael Fazilovun intiharının bəzi təfərrüatları məlum olub.

Uşaq həkiminin intiharının təfərrüatları

Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri Rəfael Fazilovun intiharının bəzi təfərrüatları məlum olub.


Rayonun Qaraməryəm kəndinin həkimi İsa Sultanov AzNews.az-a açıqlamasında bildirib ki, Rəfael Fazilov bir neçə il bundan əvvəl ürək əməliyyatı keçirib:

"Buna baxmayaraq, həmişə işinin başında olub. Onda heç bir xəstəlik olmayıb. Həmişə işinin başında olub. Rəfael çox hörmətli şəxs olub. İstər rayonda, istərsə də kənddə hamı ona hörmət edib. Gözəl ailə başçısı, savadlı bir həkim olub. İki qızı var. Biri həkim, biri müəllim işləyir. Rəfaelin atası da müəllim işləyib. Kişi kəndin ağsaqqalı idi. Lazım olanda ondan məsləhət alıblar. Ailənin tərbiyəsinə söz ola bilməz."

İsa Sadıqov həmkarının belə bir addım atmasına inanmaq istəmədiyini bildirib:

"İnana bilmirik ki, o, özünü asıb."

Bahar RÜSTƏMLİ
AzNews.az