Hacıqabulun otlaq ərazisində çoban bıçaqlanıb. Hacıqabulun otlaq ərazisində çoban bıçaqlanıb.

Çobanlar arasında bıçaqlanma

Hacıqabulun otlaq ərazisində çoban bıçaqlanıb.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Abşeron və Hacıqabul rayonunun sərhədində qeydə alınıb. Heyvanları otarmaq üçün qışlaq ərazisində müvəqqəti məskunlaşan çobanlar arasında baş verən insident zamanı Heydər adlı Quba sakini Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Niftəliyev Ağazər Qurban oğlunu bıçaqlayıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq yarası alan çoban Şirvan şəhər xəstəxanasında cərrahiyə əməliyyatına götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az