Xırdalan-Bakı avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xırdalan-Bakı avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xırdalanda avtomobil aşdı - Yaralanan var

Xırdalan-Bakı avtomobil yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın xəbərinə görə, qəza Xırdalan-Bakı avtomobil yolunun Sulutəpə qəsəbəsinə dönən hissəsində baş verib. Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil dönmə əməliyyatı həyata keçirərkən idarəetməni itirib və aşıb. Sürücünün xəsarət aldığı bildirilir.

Qəza nəticəsində yolda sıxlıq yaranıb.

Qəzanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

AzNews.az