“Bir dəfə də olsun erməni sözünü dilə gətirməyən” Trapma görə ermənilər narahatdırlar. “Bir dəfə də olsun erməni sözünü dilə gətirməyən” Trapma görə ermənilər narahatdırlar.

Ermənilər Trampa görə təşvişdə

“Bir dəfə də olsun erməni sözünü dilə gətirməyən” Trapma görə ermənilər narahatdırlar.


AzNews.az Virtualaz.org-a isti nadən xəbər verir ki, erməni politoloq Ruben Sfrastyan müsahibəsində ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün çağırışdır:

"ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün çağırışdır. Çünki son onilliklər ərzində ilk dəfədir ki, ABŞ-da erməni məsələsi barədə anlayışı olmayan, bir dəfə də olsun Ermənistan barədə danışmayan və erməni sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə "soyqırım" barədə heç vaxt bəhs etməyən biri prezident olacaq."

Erməni politoloqun fikrincə ABŞ-ın əvvəlki prezidentlərinin erməni məsələsi haqda anlayışı, öz mövqeləri var idi. Çünki onlar siyasi istebleşmentə məxsus idilər. Tramp isə biznesdən gəlib.Onun fikrincə Ermənistan və erməni diasporu Trampın inaqurasiyasına qədər əlindən gələni etməlidir ki, onunla təmas qursun.