Ötən il dekabrın 4-də “Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəzalar zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub. Ötən il dekabrın 4-də “Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəzalar zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.

“Günəşli” yatağında həlak olan neftçilər yad edildi-Video

Ötən il dekabrın 4-də “Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəzalar zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.



AzNews.az "Report"-a istinadən xəbər verir ki, Çilov adasında keçirilən mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.

Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül çələngi qoyulub.Tədbirdə ölkədə neftçi əməyinin yüksək qiymətləndirilməsindən, 4 dekabr qəzasının bütün Azərbaycan xalqını sarsıtmasından danışılıb.

SOCAR prezidenti Rövnəq Abdullayev həlak olmuş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədiyyən həkk olunduğunu bildirib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb.