Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib.
  • 4 Dekabr 2016 15:34
  •  1 939

Bakıda metronun qarşısında cinayət

Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib.


AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında - Şərifzadə küşəsində naməlum şəxs Mirzəyeva Zima Zülfüqar qızına hücum edib. Həmin şəxs qadına hədə-qorxu gələrək pul tələb edib və onun üzərindəki 70 manat pulu ələ keçirərək qaçıb.

Qadın başına gələnlərlə bağlı polisə müraciət edib. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.