Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb. Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.
  • 4 Dekabr 2016 15:54
  •  2 331

Tibb bacısını döydülər,komaya düşdü

Zaqatalada qonşusu tərəfindən vəhşicəsinə döyülən tibb bacısı komaya düşüb.


Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 10:30 radələrində Zaqatala şəhəri "Kür-Araz" adlanan yaşayış massivində yaşayan, 1962-ci il təvəllüdlü Xədicə Herov qızı Muradova travmatik şok vəziyyətdə və ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, bir uşaq anası olan və Zaqatala MRX-nın poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyən X. Muradova qonşusu İbrahim adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə səhər saatlarında X. Muradovanın yaşadığı ünvanda baş verib. X. Muradovanın qonşuluğunda yaşayan və uzun müddətdir ki, əsəb xəstəliyindən əziyyət çəkən İbrahim adlı şəxs hələki istintaqa məlum olmayan səbəbdən qadını vəhşicəsinə döyərək ona ağır bədən xəsarətləri yetirərək hadisə yerini tərk edib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

AzNews.az