Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyə çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyə çağırıb.

Prezidentdən çağırış:dolları milli valyutaya çevirin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyə çağırıb.


AzNews.az Fins.az-a istinadən xəbər verir ki, İstanbulda çıxış edən ölkə başçısı milli valyutaya dəstək verənlər zərərlə üzləşməz deyib:

"Yastığınızın altındakı xarici valyutanı lirəyə və qızıla çevirin. Bizi yıxmaq istəyənlərə qarşı çıxın və milli valyutamıza dəstək verin. Milli valyutımız sizə zərər verməz".

Ərdoğan əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinə ticarət dövriyəsində yerli valyutadan istifadə etməyi təklif edib:

"Təklif etdim ki, Rusiyadan məhsulları rublla alaq, Rusiya isə Türkiyədən aldığı məhsullara görə lirə ilə ödəniş etsin. Həmin təklifi Çin rəhbərliyinə də etdim. Tərəflər bu təklifi müsbət qarşıladı"


Dövlət başçısı qlobal böhranın Türkiyəyə az təsir etdiyini dilə gətirib:

"2008-ci ildə cərəyan edən böhranı necə atlatmışıqsa, hazırda cərəyan edən böhranı da o cür keçəcəyik", - deyə Ərdoğan bildirib.