Avstraliya polisləri xərçəng xəstəsi olan uşağın arzusunu yerinə yetirdi. Avstraliya polisləri xərçəng xəstəsi olan uşağın arzusunu yerinə yetirdi.
  • 4 Dekabr 2016 18:12
  •  5 355

Xərçəng xəstəsi olan uşağın qeyri-adi arzusu

Avstraliya polisləri xərçəng xəstəsi olan uşağın arzusunu yerinə yetirdi.


AzNews.az BBC-yə istinadən xəbər verir ki, xərçəng xəstələrinin son arzusunu yerinə yetirən "Ürəyində arzu tut" adlı xeyriyyə təşkilatı artıq 7 aydır kimyaterapiyayla müalicə olunan Deklanla əlaqə saxlayıb. 12 yaşlı uşağın qeyri-adi arzusu isə xeyriyyə təşkilatının əməkdaşlarını təəccübləndirib.

Deklan həyatında bir dəfə də olsun yaxından partlayış görmək istədiyini deyib. Bunun üçün əməkdaşlar güc strukturlarından kömək istəməli olublar.

Leykemiyadan əziyyət çəkən 12 yaşlı Deklan polislərin təlimlərində iştirak edərək, girovların azad edilməsində iştirak edib, partlayıcı qurğuları işə salıb.