Dumada müsabiqənin Krımda keçirilməsi təklif edilib. Dumada müsabiqənin Krımda keçirilməsi təklif edilib.

“Eurovision-2017” Krımda keçirilə bilər

Dumada müsabiqənin Krımda keçirilməsi təklif edilib.


AzNews.az Lenta.ru-ya istinadən xəbər verir ki, Krımdan olan Dövlət dumasının deputatı Ruslan Balbek bəyan edib ki, yarımada "Eurovision-2017" müsabiqəsini təşkil etməyə hazırdı:

"Bizdə müsabiqənin keçirilməsi üçün bütün vacib şərtlər var, təhlükəsizlik məsələləri də daxil olmaqla."

O, qeyd etdi ki, Ukraynada "vətəndaş müharibəsi" davam edir.Belə bir vaxtda, onların qarşısında duran əsas məsələ, qonaqların və iştirakçıların təhlükəsizliyini tam təmin etməkdi.

Bundan əvvəl Ukrayna ali radasının xarici işlər üzrə sədri Anna Qopko bildirib ki, real maliyyə problemləri nəticəsində müsabiqə başqa ölkədə keçirilə bilər,bu isə onlar üçün olduqca xoşagəlməz haldı.